Ordumuzla bağlı tədbirlər planı imzalandı
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair 2023-cü il üçün birgə tədbirlər planı imzalanıb.
Nazirlikdən verilən məlumata görə, sənədə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək tədbirlərin yeri, icra vaxtı və icraya məsul şəxslər müəyyən edilib.
2023-cü il ərzində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər keçiriləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-01-2023, 10:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər