reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycan 2022-ci ildə neçə hərbçisini itirib?

reklam

Azərbaycan 2022-ci ildə neçə hərbçisini itirib?

















2022-ci ildə Azərbaycanın azı 145 hərbi qulluqçusu dünyasını dəyişib.

Bu məlumat Xəzər Hərbi Tədqiqatlar İnstitutunun keçirdiyi monitorinqdə öz əksini tapıb.

Monitorinqin nəticələrinə görə, 2022-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 145 hərbi qulluqçusunu itirib.

Onlardan 87 nəfəri döyüş itkiləridir (85 nəfər erməni gülləsi, 2 nəfər mina partlayışı), 58 nəfəri isə qeyri-döyüş itkiləridir.

Müqayisə üçün bildirilib ki, 2021-ci ildə ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 84 hərbi qulluqçu dünyasını dəyişmişdi. Onlardan 18 nəfəri döyüş, 66 nəfəri isə qeyri-döyüş itkisi idi.

Ümumilikdə, 2022-ci ildə 85 nəfər erməni gülləsindən, 2 nəfər mina partlayışından, 11 nəfər avtoqəzadan, 9 nəfər müxtəlif xəstəliklərdən, 6 nəfər qeyri-nizamnamə hadisələrindən, 6 nəfər naməlum səbəblərdən, 4 nəfər isə bədbəxt hadisədən dünyasını dəyişib. 2022-ci ildə ümumilikdə 22 hərbi qulluqçu intihar edib.

Ötən ildə dünyasını dəyişənlərin 105 nəfəri Müdafiə Nazirliyinin, 32 nəfəri Dövlət Sərhəd Xidmətinin, 1 nəfəri Daxili Qoşunların, 1 nəfəri Fövqəladə Hallar Nazirliyinin, 4 nəfər Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun, 2 nəfər isə Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşları olub. Dünyasını dəyişənlərin 89 nəfəri əsgər, 30 nəfəri MAXHQ, 2 nəfəri gizir, 24 nəfəri isə zabit rütbəsində olub.

2022-ci ildə ümumilikdə ən azı 304 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb. Onların mütləq əksəriyyəti erməni gülləsindən və mina partlayışından xəsarət alıblar.

Araşdırmalarına görə, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda qeyri-döyüş itkilərinin sayı ciddi şəkildə artır. Xüsusilə də 2022-ci ildə baş verən itkilər diqqət çəkir.

Ümumilikdə monitorinqin aparıldığı 2003-cü ildən bu yana Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektoru ümumilikdə ən azı 4.419 hərbi qulluqçusunu itirib ki, onlardan təxminən 3573 nəfəri döyüş itkisidir. 846 nəfərsə qeyri-döyüş itkiləridir.

Ümumilikdə, 2003-2022-ci illərdə illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 13 min nəfərdən artıqdır.




Paylaş:


Müəllif : Tarix:
9-01-2023, 14:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər