reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Mostbet" və "1xbet" tipli qumar oyunlarına qarşı dövlət öz sərt üzünü göstərməlidir - Hüquqşünas qumar mafiyasına qarşı

reklam

"Mostbet" və "1xbet" tipli qumar oyunlarına qarşı dövlət öz sərt üzünü göstərməlidir - Hüquqşünas qumar mafiyasına qarşı

"Bu reklamlara qarşı əks-təbliğat kampaniyası aparmaq lazımdır. Bu cür qumar şəbəkələri əsasən bir neçə sayt vasitəsilə reklam edilir. Hansı saytlar bu tip qumar oyunlarını reklam edirsə o saytlara qarşı da mübarizə aparmaq vacibdir. O şəxslər ki, o saytlara bu reklamların qoyulması ilə məşğul olur, o şəxslərə qarşı isə hüquqi müstəvidə şikayət etmək mümkündür.

Bu sözləri "Azərbaycan Reallığı"na video açıqlaması zamanı tanınmış huquqşunas Mübariz Mənsimoğlu ölkədə qeyri qanunu faliyyət göstərən sonu bir neçə ailələrin dağılması ilə övladların acı sonluğu ilə nəticələnən "Mostbet" və "1xbet" mərc oyunlarınin faliyyetinə münasibət bildirərkən qeyd edib.

Mübariz Mənsimoğlu açıqlaması zamanı qeyd edir ki, hazırda ölkəmizdə fəaliyyət göstərən həmin saytlar beynəlxalq müstəvidə təbliğ edildiyi üçün Azərbaycan hüquq mühafizə orqanları bunlarla mübarizə apara bilmir. Ona görə də ən yaxşı halda DTX prokurorluq və DİN birgə bəyanat yayıb media orqanlarını xəbərdar etməlidir ki, bu yoldan çəkinsinlər. Bu saytlar bilməlidirlər ki, bu tip reklamlar cinayət tərkibi yaradır və belə işlərdən uzaq durmaq lazımdı. Düşünürəm ki, onların mətbuat vasitələrini susdursaq problem həll olmuş sayıla bilər.

Bu cür qumar oyunları təbliğatının arxasında sizcə kimlərsə dayanır?

Bu təbliğatın arxasında duran olmasa bu reklamlar belə geniş yayılmaz. Bu adamlar ümumiyyətlə açıq fəaliyyət göstərmirlər. Reklam ediləcək saytların axtarıb tapılması, ödənişlər və.s hər hansı şəxsin gizli fəaliyyəti ilə gerçəkləşir. Çünki bunları online formada aparmaq, təşkil etmək mümkün deyil. Ona görə də, düşünürəm ki, kimlərsə bu işləri gizli şəkildə ölkəmizdə görür. Mən belə düşünürəm ki, topazdı, mislidi, online qumar saytlarıdı, bunlarla dövlər ciddi şəkildə mübarizə aparmalıdır."




Paylaş:


Müəllif : Tarix:
10-01-2023, 08:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər