Rüfət İsmayılın külli miqdarda pulu mənimsənildi, evsiz qaldı

Türkiyədə yaşayan azərbaycanlı modelyer Rüfət İsmayılın başına iş gəlib.
Regionxeberlericom.az Türkiyə mediasına istinadən xəbər verir ki, modelyer müflis olan bir tikinti şirkətinin onun 5 milyon 250 min lirəsini (475 278 AZN -red.) mənimsədiyini açıqlayıb.
Belə ki, İsmayıl 2013-cü ildə şirkətin Esenyurtdakı lüks bir layihə üçün müqavilə bağlayıb. Modelyer 158 kvadratmetrlik ev üçün 280 min dollar (476 000 AZN -red.) ödəniş edib. Rüfət, hətta pulun bir qismini ödəmək üçün Azərbaycandakı ata evini satıb.
Evin 2015-ci ildə təhvil veriləcəyi deyilsə də, şirkət sözünü tutmayıb. Müxtəlif bəhanələrlə hər dəfə vaxtı uzadan şirkət müflis olduğunu açıqlayıb.
Rüfət artıq məhkəməyə müraciət etdiyini deyib: “İki evdən də məhrum oldum. Artıq iki ölkədə də evsizəm. Mənə edilən bu haqsızlığı qəbul etməyim mümkün deyil. Haqqımı sonuna qədər alacağam”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-01-2023, 15:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB