reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bəxtiyar Hacıyevin bu şikayəti təmin edildi

reklam

Bəxtiyar Hacıyevin bu şikayəti təmin edildi















Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ailə üzvlərilə görüş və telefon danışığına qoyulmuş qadağa ilə bağlı şikayəti üzrə məhkəmə prosesi keçirilib.

RegionXəbərləricom.az Meydan TV-yə istinadla xəbər verir ki, onun vəkillərinin bu məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinə qarşı şikayətinə yanvarın 10-da Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədov baxıb. Çünki bu idarənin – istintaq orqanının qərarı əsasında onun telefon danışığı və görüşlərinə qadağa qoyulub.

Qərarda göstərilib ki, Bəxtiyar Hacıyevin istintaq getdiyi müddətdə başqa şəxslərlə əlaqə saxlaması istintaqın gedişinə mane ola bilər.

Vəli Aqil Layıc bildirib ki, məhkəməyə Bəxtiyar Hacıyev gətirilməyib. Məhkəmədə vəkil bu qadağanın qanunsuz və əsassız olduğunu bildirib və aradan qaldırılmasını istəyib.

Hakim şikayəti təmin edib – qadağa qanunsuz hesab edilib və aradan qaldırılmasına qərar verilib.

Xatırladaq ki, dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyib.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.




Paylaş:


Müəllif : Tarix:
10-01-2023, 19:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər