reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Mənə dedilər ki, ərizəni yaz çıx, yoxsa şərlənib çıxarılacaqsan” - ÖZBAŞINALIQ!

reklam

“Mənə dedilər ki, ərizəni yaz çıx, yoxsa şərlənib çıxarılacaqsan” - ÖZBAŞINALIQ!









Naxçıvan şəhəri, Şərur rayon sakini Rzayev Cavid Mehman oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Şərur rayon uşaq xəstəxanasınını həkimi Quliyeva Günay Meydan qızı onu işə düzəltmək üçün pul alsa da, sonradan işdən azad olunub:

“Mən, Rzayev Cavid Mehman oğlu, 2010-cu ilin sentyabr ayında Quliyeva Günay Meydan qızı tərəfindən işlə təmin olunmuşdum. Günay Quliyeva məni Şərur rayon uşaq xəstəxanasına təcili yardım maşınını idarə etmək üçün sürücü kimi işə götürdü. Bunun qarşılığında da məndən 500 AZN pul aldı.

3 ay işlədim, hər şey yaxşı gedirdi. Günlərin birində xəstə çağırışına gedən zaman başqa bir maşın bizim maşını vurdu. Vuran şəxs də Naxçıvan şəhər sakini idi. O, yetim, kasıb bir insan olduğu üçün maşını təmir etdirə bilmədi. Maşının xərci məcburi olaraq mənim üstümdə qaldı. 2022-ci ildə Bankdan pul götürüb maşını düzəltdirdim. Mənə tapşırıq verildi ki, ya maşını düzəlt, ya da ərizəni yaz çıx. Bu səbəbdən maşını düzəltdirdim.

Heç bir ay keçməmiş maşın bu dəfə xarab oldu. Baş həkimə və başqalarına dedikdə, mənə yenə eyni sözü dedilər ki, apar düzəltdir, biz sənin sürdüyün maşını düzəltdirəsi deyilik. Kredit borcum da dururdu, yenidən kredit götürə bilsəm də onu ödəyə bilməyəcəkdim. Odur ki, maşını düzəltdirə bilmirdim. Hər gün mənə deyirdilər ki, ərizəni yaz çıx, yoxsa başqa cür şərlənib çıxarılacaqsan.

Gecə gündüz fasiləsiz işləmişəm ki, evimə çörək pulu apara bilim. Mənim işimə son verdilər. Yerimə də artıq namizəd var imiş. Həmin adamdan da pul alıb işə götürüblər. Kredit borcum yoxlanılsa, nəyə xərclədiyim ortaya çıxacaq. Özüm xəstə adamam, atam rəhmətə gedib, anam xəstədir, 2 uşağım var ailəm acınacaqlı vəziyyətdə yaşayır. Mənim nəyimə lazım idi o maşını düzəltdirmək ki, mən buna məcbur edilmişəm!.

Xahiş edirəm bu məsələni işıqlandırın, bəlkə bir çarə tapılar. Tək istədiyim kreditin xəstəxana tərəfindən ödənilməsidir”.

Redaksiyadan: Mövzuda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. //“Hürriyyət” qəzeti//




Paylaş:


Müəllif : Tarix:
11-01-2023, 09:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər