“Oğluma başqa adla sənədə imza atdırıb həbs ediblər” - Əfqan Abdullayevin atası
Xəbər verdiyimiz kimi, yanvarın 8-i saat 18 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verib. Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi sözügedən hadisə ilə bağlı birgə məlumat yayıb. Bildirilib ki, ilkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılması, nəticədə icarədar və sahibkarlara külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələrilə cinayət işi başlanıb. İş üzrə Əfqan Abdullayev şübhəli şəxs qismində tutulub.
“Sədərək” TM-də mağazası yanmış sahibkar Elçin Mahmudov “Sputnik Azərbaycan”a danışıb.
O, açıqlamasında bildirib ki, yanğında şübhəli bilinən Əfqan Abdullayev də orada atası ilə birgə mağaza işlədir. Onun sözlərinə görə, elə yanğın onların mağazasından başlayıb:
“Əfqan atası ilə birgə yorğan-balınc, tekstil məhsulları satır. Onlar yeri icarəyə götürmüşdülər. Yanğını Əfqanın qəsdən törətməsinə inana bilmirəm. Atası çox yaxşı, namaz qılan insandır. Özünü də pis insan kimi tanımırıq. Yanğın baş verəndən sonra ondan soruşdum ki, bu hadisə necə olub? Mənə bildirdi ki, ən son o çıxıb, çıxanda sayğacı söndürüb. Onların mağazasında elektrik qızdırıcısı da olmayıb. Yanğını öz mağazasında törətməsinə adamın inanmağı gəlmir. Onu şəxsən yaxşı tanımasam da, atası çox hörmətli, din əhlidir. Belə hadisəni onun oğlunun törətməsi də ağlabatan görünmür. Amma yenə yəqin prokurorluq araşdıraraq hüquqi qiymət verəcək”.
Əfqan Abdullayevin atası Səməd Abdullayev yanğın hadisəsini oğlunun törətmədiyini bildirib. Onun sözlərinə görə, yanğının oğlu ticarət mərkəzindən çıxdıqdan sonra baş verdiyini kamera görüntüləri də təsdiqləyir:
“Mənim oğlumun ağlı yerindədir. Dəli deyil ki, öz mağazasını yandıra. Biz təzəcə mal vurub mağazamızı doldurmuşduq. Oğluma başqa adla sənədə imza atdırıblar. Onu aldadaraq yanğını törətdiyini təsdiqləyən sənədə imza atdırıblar. Mən yeni əməliyyat olunmuşam. Dünən səhər saat 10:00-dan oğlumu çək-çevirə salıb sonda saat 19:00-da bir sənədə imza atdırmaqla həbs ediblər.
Biz öz qohumumuzun mərkəzinə ziyan vurarıqmı? O ticarət mərkəzində hər kəs məni də, oğlumu da yaxşı tanıyır. Hamısı bilir ki, biz belə iş görmərik. Ona görə kim mənə zəng edir, oğlumu şərləməkdə nə məqsəd olduğunu soruşur. Biz öz çörəyimizin də düşməni deyilik ki. Oradan bizim ailəmiz də çörək yeyir. Öz malına od vuracaq qədər ağlımızı itirməmişik. Oğlumu dövlət vəkillə təmin edib. Bu gün özüm bu işin arxasınca gedəcəm. Yanğın qısa qapanmadan baş verib”.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-01-2023, 14:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər