reklam
Regionxeberlericom.az » Cəmiyyət » Baş nazir hərbçilərlə bağlı Qərar imzaladı

reklam

Baş nazir hərbçilərlə bağlı Qərar imzaladı
















Hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi qaydası təsdiqlənib.

Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb. 

Qərara görə, müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan və birbaşa kadr zabit heyətinə könüllü daxil olan şəxslərin, habelə həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) icbari narkoloji müayinədən keçməsi qaydası təsdiq edilib.

Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən müayinə olunurlar. Həmçinin birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq, xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri (bundan sonra – tibb müəssisələri) tərəfindən icbari narkoloji müayinədən keçirilirlər.

İcbari narkoloji müayinədən keçmə vaxtı şəxslərin xidmət keçdikləri hərbi hissənin, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri ilə tibb müəssisələrinin rəhbərləri arasında əvvəlcədən olan razılıq əsasında müəyyən edilir.

Şəxslərin tibb müəssisələrində icbari narkoloji müayinədən keçmələri müvafiq orqanların rəhbərləri tərəfindən təmin olunur. İcbari narkoloji müayinə müddətli həqiqi hərbi xidmətə çağırışı həyata keçirən orqana və tibb müəssisələrinə dövlət büdcəsindən ayrılmış büdcə təxsisatları çərçivəsində aparılır.




Paylaş:


Müəllif : Tarix:
12-01-2023, 13:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər