reklam
Regionxeberlericom.az » Cəmiyyət » ABŞ Dövlət Departamentinin idarə direktoru Azərbaycandadır

reklam

ABŞ Dövlət Departamentinin idarə direktoru Azərbaycandadır

















Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Azərbaycanda səfərdədir.

ABŞ səfirliyindən verilən xəbərə görə, o, Bakıda olarkən səfirliyin komandası ilə daxili görüşlərə qatılacaq, Amerika guşəsinin tədbirində çıxış edəcək, həmçinin müxtəlif rəsmilər, habelə ABŞ hökumətinin iqtisadi və siyasi və digər tərəfdaşları ilə görüşəcək. 

Mark Kemeron həm Gürcüstanda, həm də Türkiyənin Adana və Ankara şəhərlərində xidmət edib.

“O, öz görüşlərində qeyd edəcək ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiq qalır. O, tərəflər arasında olan məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun əsas olduğunu vurğulayacaq”, - məlumatda deyilir.




Paylaş:


Müəllif : Tarix:
14-01-2023, 17:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər