Tarixin ən məşhur və qəddar mafiya liderlərindən biri tutuldu
İtaliyada dünyanın ən böyük mafiyalarından biri olan "Cosa Nostra"nın lideri Matteo Messina Denaronun Siciliyanın paytaxtı Palermoda tutulduğu açıqlanıb.
Yeniavaz.com İtaliya mətbuatına istinadla xəbər verir ki, polis ölkənin əsas mafiya liderlərindən biri, 30 ildir axtarışda olan Denaronun özəl xəstəxanada saxlanıldığını açıqlayıb.
Denaro bütün dünyada Siciliya mafiyasının ən önəmli simalarından biri kimi tanınır. Adı Siciliya ilə eyniləşdirilən “Cosa Nostra” İtaliyada çox sayda insanın amansızcasına qətlə yetirilməsi ilə tanınır.
İtaliyanın baş naziri Giorgia Meloni polisə təşəkkür edərək, Denaronun tutulmasını ölkə üçün böyük qələbə kimi qiymətləndirib.
Dünyanın ən böyük mafiya təşkilatlarından biri olan və hətta dünyada qurulan ilk mafiya təşkilatı kimi tanınan “Cosa Nostra” bir çox film və seriala da mövzu olub. Siciliya mafiyasının aparıcı ailələrindən birinin üzvü olan və gənc yaşlarında adam öldürməyə başlayan 60 yaşlı Denaronun ən azı 50 nəfərin ölümünə səbəb olduğu düşünülür.
Denaro 1992-ci ildə mafiyaya qarşı mübarizə aparan prokurorlar Covanni Falkon və Paolo Borsellinonun qətlinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. O, həmçinin 1993-cü ildə Florensiyada, Romada və Milanda baş verən partlayışların planlayıcısı kimi axtarışda idi.
Matteo Messina Denaro FTB-nin (ABŞ Federal Təhqiqatlar Bürosu - FBI) illərdir axtardığı “dünyanın ən bədnam 10 cinayətkarı” arasında idi.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-01-2023, 13:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər