DSX xarici kəşfiyyata “işləməkdə” şübhəli 7 nəfəri saxlayıb
Dövlət Sərhəd Xidmətinin (DSX) 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.
DSX Mətbuat Mərkəzindən verilən məlumata görə, ötən il 774 nəfər tərəfindən dövlət sərhədinin pozulmasına cəhd edilib, sərhədçilərimizin sayıqlığı nəticəsində bu halların qarşısı alınıb. Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfər saxlanılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 20, qaçaqmalçılıqla məşğul olan 7 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib, ölkədə dini radikalizmi təbliğ edən 32 Azərbaycan vətəndaşı müəyyənləşdirilib. 2022-ci ildə 1,4 tona yaxın narkotik vasitənin, 36,6 milyon manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 24,6 ton narkotik xassəli bitki məhv edilib.
Dövlət sərhədini pozduqlarına görə 559 nəfər, sərhəd rejimini pozduqlarına görə 9827, axtarışda olan 2843, saxta sənədlərlə 319, özgəsinə məxsus sənədlə 6, gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən 1 nəfər saxlanılıb. Sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 2 nəfər yaralanmış, 4 halda 4 nəfər sərhəd pozucusu həyatını itirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-01-2023, 10:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər