reklam
Regionxeberlericom.az » Cəmiyyət » Avtomobillərin sığortalanması ilə bağlı yenilik

reklam

Avtomobillərin sığortalanması ilə bağlı yenilik
















Azərbaycan Sığortaçılar Assosasiyası avtomobillərin icbari sığortası ilə bağlı əlçatanlığın təmin edilməsi məqsədilə yeni sistemin yaradıldığını açıqlayıb.

Qurumdan bildirilib ki, Mərkəzi Bank və İcbari Sığorta Bürosu ilə birgə ölkədə sığorta sektorunun inkişafı yönündə həyata keçirilən təkmilləşdirmə tədbirlərinin növbəti mərhələsi olaraq sığorta xidmətlərinə əlçatanlığın elektron şəkildə təmin olunması ilə bağlı əsaslı tədbirlər görülür.

Belə ki, Mərkəzi Bankın sığorta sektorundakı proseslərin tənzimlənməsi istiqamətində atdığı addımların nəticəsi olaraq, ölkədə mövcud olan hər bir avtonəqliyyat vasitəsi sahibi 21 yanvar tarixindən etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə elektron qaydada və heç bir çətinlik ilə üzləşmədən sığortalana biləcək.

Qeyd edək ki, son aylarda bəzi markalı avtomobillərin sığorta şirkətləri tərəfindən sığortalanmaması barədə məlumatlar yayılır.




Paylaş:


Müəllif : Tarix:
18-01-2023, 14:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər