Bu avtomobillərə görə 3 il vergi ödənilməyəcək
“Vergi Məcəlləsinə” edilən son dəyişikliklərə görə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı, daha 3 il, yəni 2026-cı il yanvarın 1-dək ƏDV-dən azad edilib. Bu o deməkdir ki, 2020-ci ildən başlayaraq istehsal edilən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərinə görə ƏDV ödənilməyəcək.
Bunu deputat Vüqar Bayramov deyib.
"Bu güzəştlərdə məqsəd hibrid avtomobillərinin idxalını təşviq etmək və onların daha çox satışını reallaşdırmaqdır. Bu yaşıl enerji prinsipinə uyğun olaraq avtomobil parkında dəyişikliyə səbəb olmağı hədəfləyir.
Güzəştlərin tətbiq olunmasına rəğmən ölkəyə hələ də daha çox istehsal ili köhnə hibrid avtomobillərinin idxal edilməsi həm avtomobil parkının köhnəlməsinə, həm də qəzaların sayının artmasına səbəb olub. Bununla yanaşı, son dəyişiklik dünya bazarında müşahidə edilən qiymət artımları fonunda istehsal ili nisbətən yeni olan hibrid avtomobillərinin xərcinin azaldılması baxımdan vacib idi", - deyə o qeyd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-01-2023, 15:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər