reklam
Regionxeberlericom.az » Cəmiyyət » 2 aylıq körpə odun sobasının üzərinə düşüb: Ana yemək almaqda çətinlik çəkir - FOTO

reklam

2 aylıq körpə odun sobasının üzərinə düşüb: Ana yemək almaqda çətinlik çəkir - FOTO

Ucarda yaşayan ailə bədbəxt hadisə ilə üzləşib.

Bu barədə Oxu.Az-a Süleymanova Dilbər Siyasət qızı məlumat verib.

O bildirib ki, 2 aylıq övladı ağır yanıq xəsarətləri alıb:

“Hadisə 10 yanvar tarixində baş verib. Mən həyətdə olarkən 7 noyabr 2022-ci il təvəllüdlü övladım Süleymanov Əli Aslan oğlu ağlamağa başlayıb. Bunu görən 6 yaşlı oğlum onu mənə gətirmək istəyərkən ayağı ilişib və odun sobasına tərəf yıxılıb. 2 aylıq körpəm isə sobanın üzərinə düşüb. Kürəyi, ayağı, ağzı yanıb. Həkimlər 2-ci dərəcəli yanıq diaqnozu qoyublar. Vəziyyəti ağır olduğundan bizi dərhal Ucardan Bakıya göndərdilər. Hazırda şəhər xəstəxanalarından birində müalicə alırıq. 2 dəfə əməliyyat edilməlidir. Uşağımın sağalması üçün 3 000 manata ehtiyacımız var. Maddi vəziyyətimiz çox ağırdır. Övladımın altını dəyişmək üçün bez belə ala bilmirəm. Yemək tapmaqda çətinlik çəkdiyim üçün ona ana südü verə bilmirəm. Bütün günü ağlayır. Əlimdən isə onu bəsləmək gəlmir. İmkanlı şəxslərdən xahiş edirəm 2 aylıq övladımı bu çətin vəziyyətdən çıxara bilməyim üçün mənə əl uzatsınlar”.

Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xidmətlər Zərfinə uyğun olaraq Süleymanov Əli Aslan oğlunun müayinə və müalicəsi üçün köməklik göstərilir.






Paylaş:


Müəllif : Tarix:
19-01-2023, 11:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər