reklam
Regionxeberlericom.az » Cəmiyyət » İşə çıxmadığı deyilən icra başçısı danışdı: “Yoxlama aparılır...”

reklam

İşə çıxmadığı deyilən icra başçısı danışdı: “Yoxlama aparılır...”















Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov barəsində mediada vaxtaşırı müxtəlif məlumatlar yayılır. Jurnalistlər onu tez-tez “həbs” etdirir, yaxud, “işdən çıxartdırır”.

Bu günlərdə yenə saytlarda S.Mikayılov haqda oxşar xəbərlər paylaşılıb. Xəbərdə deyilir ki, Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar başlayıb, başçı neçə gündür işə çıxmır.

Başçı Globalinfo-ya açıqlamasında bir müddət məzuniyyətdə olduğunu bildirib:

“Hər kəs kimi mənim də müayinəyə, müalicəyə ehtiyacım olur. Bir az müalicə aldım, amma məzuniyyətdə olduğum müddətdə işə çıxırdım”.

“Hazırda hardasınız” sualına icra başçısı belə cavab verib:

“Bu gün 20 Yanvardır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ziyarətə getmişdik, hazırda yoldayam, işə qayıdıram”.

Yoxlama məsələsinə münasibət bildirən Süleyman Mikayılov bunları deyib:

“İcra hakimiyyəti strukturunda Mənzil Kommunal Təsərrüfat Birliyi adlı qurum var. Bu qurum Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindədir. Hər il şəhər icra hakimiyyəti qrafiklə orada yoxlama aparır, audit keçirilir. Görünür, yoxlama deyərkən bunu nəzərdə tutublar”.





Paylaş:


Müəllif : Tarix:
20-01-2023, 21:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər