“3 milyona yaxın müraciətə çevik reaksiya verilib” - Nazir
Yanvarın 23-də Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib.
DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, 2022-ci ildə törədilən cinayətlərin 89.7 faizinin açılması təmin edilib.
Ötən illə müqayisədə 2022-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 2.4, o cümlədən qəsdən adam öldürməyə cəhdlər 13, qəsdən sağlamlığa ağır zərər vurmalar 5, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 17.6, ailə münaqişəsi zəminində törədilənlər 2.4, mal-qara oğurluğu 21.3 faiz azalıb.
Ötən il 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olunub, axtarışda olan 557 təqsirləndirilən şəxsin tutulması təmin edilib. Qeyri-leqal dövriyyədən 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan artıq narkotik xassəli bitkilərin məhv edilib.
Nazir cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini vurğulayaraq fəal mövqe sərgiləyən bütün şəxslərə təşəkkür ifadə edib. Bu vacib sahədə işin vətəndaş cəmiyyəti və media nümayəndələri, sosial şəbəkə istifadəçiləri ilə əlaqəli aparılmasına göstəriş verib.
Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını, həmin pozuntuları törədən nəqliyyat vasitələrinin yol hərəkətindən kənarlaşdırılmasını tələb edib.
Vətəndaş məmnunluğunun təmin olunması, ərizə və şikayətlərin obyektiv, həssaslıqla araşdırılması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin icrasına da toxunan general-polkovnik Vilayət Eyvazov bu istiqamətlərdə böyük bir fəaliyyət ortaya qoyulduğunu, nəticələrin müsbət olduğunu, o cümlədən vətəndaşların qəbulu və minlərlə müraciətinin araşdırılması zamanı qaldırılan məsələlərin əksəriyyətinin qanunauyğun həllini tapdığını bildirib. O, “102” Xidmətinə, qaynar xətlərə daxil olmuş, sosial şəbəkələrdə yayımlanmış 3 milyona yaxın müraciətə çevik reaksiya verildiyini, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın təxminən 88.3 faizinin ödənildiyini, əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini nəzərə çatdırıb.
İclasda Nazirliyin struktur qurumlarının və ərazi polis orqanlarının rəisləri hesabat məruzəsi ilə çıxış ediblər. Daxili işlər naziri qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıqlar verib. Azərbaycan Respublikasına xidmətə görə şəxsi heyətə təşəkkür edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-01-2023, 16:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər