reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda son sutkada 59 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

reklam

Azərbaycanda son sutkada 59 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 59 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19-dan 7 nəfər ölüb.


İndiyədək ölkədə ümumilikdə 827 738 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 388 nəfər müalicə olunaraq sağalıb, hazırda 275 aktiv xəstə var. Bu günə qədər 10 075 nəfər vəfat edib.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 908, bu günə qədər isə ümumilikdə 7 475 435 test icra olunub.




Paylaş:


Müəllif : Tarix:
24-01-2023, 16:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər