reklam
Regionxeberlericom.az » Cəmiyyət » “On ay qabaq “Tərtər işi” haqda nə deyə bilərdim?”

reklam

“On ay qabaq “Tərtər işi” haqda nə deyə bilərdim?”

















“Tərtər məsələləri ilə bağlı mənə ittihamlar olur ki, müdafiə edirsən. On ay bundan əvvəl müsahibə verib demişəm ki, işgəncə verənlər də, vətənə xəyanət edənlər də dövlətimiz tərəfindən cəzalandırılacaq. On ay bundan qabaq başqa nə deyə bilərdim?”

Fikirləri İnsan hüquqları komitəsinin iclasında deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Tərtər hadisələri Ergenekon məsələlərinə çevrilib: “İndi daha başqa cür müsahibə vermək olardı. O vaxt başqa nə deyə bilərdim? Səbr etmək, dövlətimizə güvənmək lazımdır. Bu məsələ ilə bağlı hər şey aydınlaşacaq. O insanlar bizim əsgərlərin, zabitlərin koordinatını erməniyə veriblər, bizim əsgərlərimiz öldürülüb”.

Deputat bu işdə xəyanət olduğunu vurğulayıb: “Burada xəyanət var. Bunu da heç kim inkar edə bilməz. Eləcə də xəyanəti olmayanların incidilməsi, məsuliyyətə cəlb edilməsi və onlara işgəncə verilməsi yolverilməzdir. Dövlətimiz bu işlə məşğuldur”.




Paylaş:


Müəllif : Tarix:
25-01-2023, 16:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər