Təhsil sistemimizdə bunları dəyişməliyik - Ekspert
2019-2020-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanları, ixtisas seçimi başa çatdı. Bu il həm imtahan modeli, həm də subbakalavrların imtahansız ixtisas seçimi mərhələsinə qoşulması kimi yeniliklərlə diqqəti cəlb etdi.
Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, cari ilin yenilikləri bunlarla bitmir və hələ universitetlərin nəzdində hazırlıq qrupları var:
“Amma mən üç məsələni xüsusilə qeyd etmək və Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin diqqətlə almalarını tövsiyə edirəm:
1. Subbakalavrın ixtisas uyğunluğu ilə bağlı. Çünki bu il bir çox subbakalavrın ixtisas seçimi etməsi sadəcə olaraq mənasız idi. Misal üçün Müalicə işi, Hüquqşünaslıq və bu kimi ixtisaslar üzrə seçim edən subbakalavrın heç bir şansı yoxdur.
Bundan başqa bəzi yaxın ixtisasları seçmək üçün subbakalavrlara imkan vermək lazımdır. Misal üçün, maliyyəni bitirən niyə iqtisadiyyatı, mühasibatı, biznesin təşkili, marketinq kimi ixtisasları seçə bilməsin?
Təklif edirəm ki, gələn il ixtisas uyğunluğu cədvəlinə yenidən baxılsın və subbakalavrlara ayrıca olaraq plan yerləri ayrılsın. Yoxsa onların ali təhsil alması mümkün deyil.
2. Bəzi ixtisasların ixtisas qrupunun dəyişdirilməsi. Misal üçün: II ixtisas qrupunda beynəlxalq münasibətlər, regionşünaslıq kimi ixtisarların burdan çıxarılıb III ixtisas qrupuna daxil edilməsi. Əvvəl bu ixtisaslar onsuz da III ixtisas qrupunda idi, sonradan heç bir əsas olmadan dəyişdirildi.
Bu dəyişiklik ona görə zəruridir ki:
a) III ixtisas qrupu üzrə abituriyentlərin sayı çox, ixtisasların sayı azdır.
b) Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları iqtisadiyyat yönümlü ixtisaslar deyil, humanitar və ictimai elmlər bölməsinə aiddir. Bu ixtisaslar III qrupda olanda ora abituriyentlər 500 və daha çox balla qəbul olurdusa, indi 200 və hətta bundan da az balla qəbul olunacaq bir ixtisasa çevrilib. Bu, eyni zamanda, qeyd olunan ixtisaslar üzrə savadlı kadrların hazırlanmasına da mənfi təsir göstərir.
3. Növbəti tədris ilində I ixtisas qrupuna informatika fənninin əlavə olunması zəruridir. Ona görə ki, bu ixtisas qrupu üzrə kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması, sistem mühəndisliyi, informatika müəllimliyi kimi bir çox ixtisaslar var. Eyni zamanda bu fəninin əhəmiyyətini nəzərə alaraq bu dəyişikliyi etmək lazımdır”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-08-2019, 08:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-08-2019, 08:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29