Azərbaycan kinosunun 71 yaşlı “Nəsimi”sİ

Bu gün Azərbaycanın Xalq artisti Rasim Balayevin doğum günüdür. Sevilən aktyorun 71 yaşı tamam olur.
Azərbaycan Dövlət mükafatı laureatı Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. Aktyor bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rolları da məharətlə canlandırıb.

"Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynayıb. "Özbəkfilm"də, "Mosfilm"də, və başqa studiyalarda da filmlərə çəkilib.
Mənfi obrazları belə çox məharətlə oynayan aktyor onların birinə görə (Səlim bəy "Qanlı zəmi") Azərbaycan SSRİ Dövlət mükafatına layiq görülüb.

Görkəmli aktyor Azərbaycanın Xalq artisti (1982), "Şöhrət" ordeni laureatı (1998), "Şərəf" ordeni laureatı (2018), Prezident təqaüdçüsüdür.

Paylaş:
Müəllif : Redaktor
Tarix:8-08-2019, 11:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-08-2019, 11:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…