reklam
Regionxeberlericom.az » Cəmiyyət » İlahiyyatçı Ruhullah Novruzzadə həbs olunub

reklam

İlahiyyatçı Ruhullah Novruzzadə həbs olunub

















“Mizan Maarif Mərkəzi” İctimai Birliyinin baş direktoru, ilahiyyatçı Ruhullah Novruzzadənin həbs olunduğu bildirilir.

Bu barədə onun yaxınları Meydan TV-yə məlumat veriblər.

Onlar bildiriblər ki, Ruhullah Novruzzadənin saxlanma səbəbləri haqda dəqiq məlumat verilməsə də, ona qarşı narkotik ittihamı irəli sürüldüyü deyilib:

“Əlbəttə ki, bu ittiham absurddur, gülüncdür. Ruhullah Novruzzadə hara, narkotik hara?! Onun rəhbərlik etdiyi mərkəz yüksək əxlaqi, insani dəyərlərin təbliği ilə məşğuldur. Özü də insanları pis işlərdən çəkindirməyə çalışır. Onsuz da kimi şərləyib tuturlarsa, narkotik ittihamı verirlər. Bu, aydın məsələdir. Amma niyə tutublar, ondan nə istəyirlər, bunu da bilmirik”.

Ruhullah Novruzzadə ilə yanaşı, son günlərdə daha bir inanclı fəalın da narkotik ittihamıyla həbs olunduğu bildirilir. Müsəlman Birliyi Hərəkatından verilən məlumata görə, təşkilatın üzvü Azad Kərimovu yanvarın 30-da polislər yaşadığı evdən Nəsimi Rayon Polis İdarəsinə aparıb:

“Ailəsinin dediyinə görə, polislər təxminən saat 13:30 radələrində gəliblər. Heç bir səbəb də göstərməyiblər. Sonra Azad Kərimov evlə əlaqə saxlayıb, deyib ki, onu həbs qərarı almaq üçün məhkəməyə aparacaqlar. Ailəsi səbəbi soruşub. Deyib ki, ona narkotik ittihamı veriblər. Azadı tanıyanlar bilir ki, bu böhtan ona yapışan deyil. Günahsız insanları bu cür böhtanlarla həbsə göndərmək adətlərindən nə vaxt əl çəkəcəklər, bu maraqlıdır. Aydın məsələdir ki, Azad Kərimovun həbsinin bir səbəbi var – Müsəlman Birliyi Hərəkatının üzvü olması. Onun heç bir qanunazidd hərəkəti yoxdur”.

Bildirilib ki, Ruhullah Novruzzadə 2011-ci ildə qanunsuz silah saxlama, iğtişaş yaratmaya cəhd və s. ittihamlarla həbs olunub, 11 il azadlıqdan məhrum edilmiş ilahiyyatçı Abgül Süleymanovun qaynıdır. Abgül Süleymanov 2022-ci ilin sentyabrında azadlığa buraxılıb.

Ruhullah Novruzzadə Qum Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olub. O, təhsil aldığı dövrdə xəstə atasına baş çəkməyə gələrkən hava limanında məlum olub ki, ölkəyə girişinə qadağa qoyulub. Bundan sonra Ruhullah Novruzzadə məhkəməyə müraciət edərək, qadağanın götürülməsinə nail olub.




Paylaş:


Müəllif : Tarix:
1-02-2023, 12:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər