Qiymət artımı rayonlararası avtobuslara da aiddir
Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının ötən gün keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Ictimai nəqliyyatdakı qiymət artımının rayonlararası avtobuslarda da gedişhaqqına təsir edib-etməyəcəyi sual yaradıb. Belə ki, bu məsələ sosial şəbəkələrdə istifadəçilər arasında da müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinə (BBAK) sorğu ünvanladıq. Qurumun mətbuat katibi Samir Səfərov “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirib ki, imzalanan qərara əsasən təyin olunan siyahıdakı 5-ci tarif məhz rayonlararası avtobuslara şamil olunub. Yəni müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3 qəpik təsdiq edilib: "Hazırda şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə yeni tarif cədvəlinin hazırlanması istiqamətində iş görülür. Cədvəl saytda yerləşdiriləcək”.
Qeyd edək ki, yeni tarifə əsasən 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik). Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minir.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-02-2023, 13:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər