reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ukrayna Gürcüstandan Saakaşvilini dərhal təhvil verməsini istəyir

reklam

Ukrayna Gürcüstandan Saakaşvilini dərhal təhvil verməsini istəyir

















Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanda həbsdə olan Ukrayna vətəndaşı Mixail Saakaşviliyə qarşı qeyri-insani rəftara kəskin etirazını bildirir.

Bu barədə Nazirliyin yaydığı bəyanatda deyilir.

“Gürcüstan hakimiyyəti Mixail Saakaşviliyə psixoloji və fiziki zorakılıq tətbiq edir, təcili tibbi yardıma ehtiyac duymasını rədd edir, onun həyatına bilərəkdən birbaşa təhlükə yaradır. Bu isə Ukrayna vətəndaşına qarşı insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bu Tbilisinin Aİ-yə üzvlük əldə etmək üçün elan edilmiş kursu ilə ziddiyyət təşkil edir və Gürcüstanda demokratiyanın dağılmasından xəbər verir”, - Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Qeyd olunub ki, Ukrayna Gürcüstan hakimiyyətini Saakaşviliyə qarşı sui-istifadəni dərhal dayandırmağa və onu Ukraynaya təhvil verməyə çağırır.

Qeyd edək ki, fevralın 1-də Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstan rəhbərliyinə Ukrayna vətəndaşı və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini azad etmək üçün müraciət edib.




Paylaş:


Müəllif : Tarix:
2-02-2023, 15:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər