“Ruslan Bərdəli”nin döydüyü polkovnik məhkəməyə üz tutdu

Rusiyada həbsdə olan azərbaycanlı, kriminal aləmin üzvü kimi tanınan "Bərdəli Ruslan"ın (Ruslan Nəzərli) həbs müddəti artırıla bilər.
2012-ci ildə bir neçə cinayət maddəsi ilə azadlıqdan məhrum edilən Ruslanın işinə yenidən baxılması və cəza müddətinin artırılması üçün kassasiya şikayəti verilib.
Belə ki, 2012-ci ildən Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin rəisi polkovnik-leytenant Sergey Tarasov aralarında yaranan münaqişəyə görə Ruslan Nəzərli tərəfindən döyülüb. Bir müddət sonra isə o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Kaluqa şəhər məhkəməsinin hökmü ilə Ruslan Nəzərli dövlət məmuruna qarşı zorakılıq, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri yaratmaq, quldurluq maddəsinin bir neçə bəndi ilə təqsirli bilinərək 10 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ötən ayın sonlarında isə Sergey Tarasov məhkəməyə müraciət edərək Birinci İnstansiya məhkəməsinin çıxardığı hökmdən narazı olduğunu bildirib. O, işə yenidən baxılması, Ruslan Nəzərlinin verilən cəza müddətinin artırılması üçün kassasiya şikayəti verib.
Qeyd edək ki, Ruslanın digər kriminal avtoritet qardaşı olan Dadaş Nəzərli də Rusiyada həbsdədir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-08-2019, 15:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-08-2019, 15:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 09:16
Dünən, 12:01
23-02-2025, 12:52
23-02-2025, 12:39

Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB