reklam
Regionxeberlericom.az » Cəmiyyət » FHN-in hansı qüvvələri Türkiyəyə göndərilir? – Açıqlama + Yenilənib

reklam

FHN-in hansı qüvvələri Türkiyəyə göndərilir? – Açıqlama + Yenilənib

















Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 400 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyəti daxildir.
Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.



***12:00
Prezident İlham Əliyevin tapşırığı ilə FHN xilas etmə qüvvələri Türkiyə yola salınır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik heyəti artıq Heydər Əliyev Hava Limanına gəlib.
Hazırda heyətin Türkiyəyə yola düşməsi üçün son tamamlama işləri görülür
Qeyd edək ki, Türkiyədə səhər saatlarında güclü zəlzələlər baş verib. Son məlumata görə, ümumilikdə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb.

















Paylaş:


Müəllif : Tarix:
6-02-2023, 14:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər