Hikmət Rəhimovun “6 milyonu basıb yedilər” deməsinə - Rəsmi reaksiya
Xəbər verdiyimiz kimi, aktyor Hikmət Rəhimovun yanvarın 16-da İctimai TV-də yayımlanan “Dikdaban” verilişindəki çıxışı sosial şəbəkələrdə gündəm olub. H.Rəhimov verilişdə serial sektoruna ayrılan büdcənin aidiyyəti üzrə xərclənmədiyindən şikayətlənib: “Mənim yadımdadır ki, bir neçə il bundan qabaq ölkə başçısı sırf serial sektoru üçün büdcə ayırdı. Heç nə, basdılar yedilər də. Pulu basdılar yedilər, heç nə, serial da ortaya çıxmadı. 6 milyon büdcə ayrılmışdı ki, serialların inkişafına hissə-hissə bölünsün. O pul da nə bölündü, nə bir şey olundu”.
İddiaların dəqiqləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Audiovizual Şurasına sorğu ünvanladıq.
Audiovizual Şuradan Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirildi ki, “Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında” Azərbaycan Prezidentinin 4 aprel 2013-cü il tarixli 2830 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 6 milyon manat vəsait ayrılıb:
“Qeyd olunan Sərəncamın icrası məqsədi ilə milli serialların çəkilişi üçün həmin dövrdə Azərbaycanda fəaliyyət göstərən özəl ümumrespublika televiziya yayımçılarının (“Azad Azərbaycan Teleradio Kompaniyası”, “Lider TV və Radio Azərbaycan” MMC, “Space Müstəqil Teleradio Şirkəti” MMC, “Xəzər TV” MMC, “ANS Müstəqil Yayım və Media Şirkəti”, “Region TV” MMC) təkliflərinə uyğun olaraq Şuranın 05 iyun 2013-cü il tarixli 04/1 saylı, 30 iyul 2013-cü il tarixli 05/2 saylı, 26 sentyabr 2013-cü il tarixli 06/1 və 06/2 saylı, 04 noyabr 2013-cü il tarixli 08/5 saylı, 27 dekabr 2013-cü il tarixli 10/1 saylı, 21 may 2014-cü il tarixli 7/1 saylı, 15 sentyabr 2014-cü il tarixli 09/1 saylı və 04 dekabr 2014-cü il tarixli 12/1 saylı Qərarları ilə müvafiq qaydada həmin özəl ümumrespublika televiziya yayımçılarına ayrılıb.
Eyni zamanda bildiririk ki, həmin dövrdə Şura tərəfindən yayımçılara ayrılmış maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı hesabatlar müəyyən olunmuş forma əsasında yayımçılar tərəfindən Şuraya təqdim olunmuş və bununla bağlı müvafiq orqanlar tərəfindən audit yoxlaması da həyata keçirilib”.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-02-2023, 10:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər