reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ətraf mühitin qorunması ilə bağlı Astarada təlim keçirildi - FOTO

reklam

Ətraf mühitin qorunması ilə bağlı Astarada təlim keçirildi - FOTO


















07 fevral 2023-cü ildə Astara şəhərində “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən “Ətraf mühitin qorunmasında gənclərin ictimai fəallığının artırılması” layihəsinin ilk təlimi keçirilib.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin müddəti üç ay olmaqla, 20 dekabr 2022-ci ildən 20 mart 2023-cü il tarixləri əhatə edir.

Bu barədə Asiya.az-a məlumat verən “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri, layihə rəhbəri Raci Səfərov qeyd edib ki, layihənin məqsədi  ətraf mühitin qorunmasında və bərpasında gənclərin ictimai faəllığının artırlmasına dəstək olmaqdır. Təlim Astara Rayon İcra Hakimiyyətinin texniki-təşkilatı dəstəyi ilə 22 nəfər gəncin iştirakı ilə keçirilib. Təlim zamanı iştirakçılara ekoloji vəziyyət və ekoloji siyasət, ekoloji sistem, ətraf mühit, ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanması, təbii sərvətlər və onlardan səmərəli istifadə, qlobal, regional, milli və lokal ekoloji problemlər və onların həlli yolları mövzularında məlumatlar verililib, video-roliklər nümayiş etdirilərək-iştirakçılarla birgə müzakirələr aparılıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Tədbir müstəqil sosial təlimçi Afiq Məlikov tərəfindən idarə olunub. 




Paylaş:


Müəllif : Tarix:
8-02-2023, 19:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər