“Əlimlə torpağı qazmağa çalışdım, çıxara bilmədim...” - Fotodakı ata danışdı
Kahramanmaraşda zəlzələdə dağıntılar altında qalan və həyatını itirən qızının əlini buraxmayan ata 49 yaşlı Mesut Hançer Almaniyanın "Bild" qəzetinə danışıb.
Zəlzələ zamanı işlədiyini deyən ata yer silkələnən kimi əvvəlcə ailəsinə zəng vurduğunu, həyat yoldaşının, iki qızının və oğlunun necə olduqlarını öyrəndiyini deyib:
“O gecə Irmakın həmyaşıd qohumları gəlmişdi və o, onlarla qalmaq üçün nənəsinin yanına getdi”.
Anasının evini axtaran, lakin heç cür tapa bilməyən ata qəzetə bildirib ki, “Allahım, nə olar evimiz salamat olsun” deyə qışqıraraq binanın olduğu əraziyə qaçıb.
“Şahzadəmi xilas etmək üçün yalın əlimlə torpağı qazmağa çalışdım, çıxara bilmədim. Çox dua etdim, təəssüf ki, olmadı, onu itirdik”.
Qeyd edək ki, sosial şəbəkələrdə məşhurlaşan fotonun müəllifi “Frans Press” agentliyinin müxbiri Adem Altandır.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-02-2023, 16:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər