reklam
Regionxeberlericom.az » Cəmiyyət » Dublyaj aktyorundan Prezidentə təsirli müraciət – Video

reklam

Dublyaj aktyorundan Prezidentə təsirli müraciət – Video

















Aktyor Kamal Yaşar dublyaj sahəsində olan bir sıra problemlərdən şikayətlənib. 

O, bununla bağlı Prezidentdən də kömək istəyib. 

K. Yaşar, dublyajda mərkəzləşmənin olmamağından gileylənib: “Maliyyədən yayınmaq üçün lisenziyasız pirat filmlərdən istifadə həm qeyri-qanunidir, həm də aktyorlara olmazın əziyyət verir. Çünki pirat filmdə səs kanalları ayrılıqda verilmir, birləşdirilmiş stereo variant olur və səsləndirərkən effektlərlə aktyor səsi qarışır, itir, bərbad nəticə çıxır”.

O qeyd edib ki, maliyyəni azaltmaq üçün bir film məcburən cəmi bir neçə aktyor tərəfindən səsləndirilir: “Məsələn, filmdə 50-dən çox səs var, amma bu səsi məcburən 5-6 adam çıxarır”.

K. Yaşar bildirib ki, aktyorlar və tərcüməçilər hədsiz minimal qonorar alır və bu səbəbdən normal mətn tələb etmək olmur, məsrəfdən qaçmaq üçün redaktorlardan imtina olunur, maliyyə ucbatından dublyajın ən vacib mütəxəssislərindən olan “ukladşik” (dodaq oturdan) peşəsi birdəfəlik ixtisar edilib.

Aktyor Mədəniyyət Nazirliyindən də şikayətlənib: “Bizim nazirimiz də yoxdur. Olanda da heç ona əlimiz çatmayıb”.

O, həmçinin sosial problemlərini dilə gətirib: “Mən bu qədər işləməyimə rəğmən, hətta bəzən it səsi çıxarmağıma rəğmən adam kimi yaşaya bilmirəm. Mənim evlənmək üçün heç evim də yoxdur. Bir dəfə belə cəhd etmişdim, amma evim olmadığına görə evliliyim də alınmamışdı. Bu bir yalvarış, ağlamaq deyil. Bu, sadəcə bölüşməkdir”.




Paylaş:


Müəllif : Tarix:
13-02-2023, 20:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər