"Oğlu anasının cəsədini gözləyirdi, amma sağ çıxardıq" - Video
''Ana altı gün idi ki, dağıntılar altında qalmışdı. Oğlu isə hər şeydən əlini üzüb cəsədin çıxarılmasını gözləyirdi. Ancaq biz onu sağ-salamat dağıntıların altından çıxarıb övladına təhvil verdik. Həmin an hisslərimizə hakim ola bilmədik, ağladıq''.
Bunu türkiyəli yaşlı qadını xilas edən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin zabiti Anar Alxanov təəssüratlarını “Xəzər Xəbər”lə bölüşərkən deyib.
Onun sözlərinə görə, fevralın11-də Kahramanmaraş rayonunda binanın 4-cü mərtəbəsində dağıntılar altında Fatma adlı yaşlı bir qadın qalıb. Məlumat alan kimi dərhal onun axtarışlarına başlanıb.
Digər xilasedicimiz Əli Şirzadov isə axtarışlar zamanı qızıl-zinət əşyaları taparaq jandarm bölməsinə təhvil verib. Bu qürurverici addımı yaxınlıqdakı insanlar rəğbətlə qarşılayıblar.
Qeyd edək ki, indiyədək xilasedicilərimiz Kahramanmaraş rayonu ərazisində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bundan başqa, qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalı Kahramanmaraşda fəaliyyət göstərir. Hospitalda ötən günlər ərzində 215 nəfərə tibbi xidmət göstərilib. Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fəaliyyətini fasiləsiz davam etdirir.
Ətraflı videomaterialı təqdim edirik:
Paylaş:
Müəllif : Fuad
Tarix:13-02-2023, 22:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər