reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xaricdən telefon gətirənlərin nəzərinə! - Bu gündən cərimələnə bilərsiz

reklam

Xaricdən telefon gətirənlərin nəzərinə! - Bu gündən cərimələnə bilərsiz

















Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsi daha əvvəl məlumat yayıb və bildirilib ki, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarının 1 nömrəli əlavəsinin 9-cu hissəsinə əsasən bu gündən – yəni fevralın 15-dən etibarən xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir.

Bəyannamə yazılı, yaxud elektron köşklər, eləcə də e.customs.gov.az portalı və ya “Smart Customs” mobil tətbiqi vasitəsilə elektron qaydada gömrük orqanına təqdim edilə bilər.

Qeyd olunur ki, 2023-cü il fevral ayının 15-dən etibarən mobil telefonların portal.rinn.az saytında qeydiyyata alınması üçün onların Dövlət Gömrük Komitəsinin qeydiyyat sistemində olması vacibdir.

Komitənin yaydığı məlumatda bildirilir ki, gömrük sərhədindən keçirilən mobil telefonun bəyan edilməməsi isə öz növbəsində inzibati məsuliyyət yaradır.

Qeyd edək ki, ölkəyə gətirilən  məhsul 800 dollardan baha olarsa, qiymətdən 800 dollar çıxmaqla yerdə qalan məbləğ üçün 36 faizədək rüsum ödənilicək.




Paylaş:


Müəllif : Tarix:
15-02-2023, 13:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər