reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Biz özümüzə ev deyil, tabut tikmişik”

reklam

“Biz özümüzə ev deyil, tabut tikmişik”
















“Hamımız çox kədərliyik. Çox ciddi itkilərimiz var. Hadisənin ikinci günü orada idik. Bütün ərazini dolaşdıq. Orada insanların yanında olmaq, dərdlərini dinləmək istədik. İlk günlər insanlar ümidli idilər. Təəssüf ki, on minlərlə xəbər ala bilmədiyimiz insanlar var”.

Bu sözləri İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu “FOX TV”nin canlı yayımında deyib.

“Zəlzələ bölgəsindəki uşaqlarla görüşərkən onlar bizi qucaqladılar. Bu, çox təsirli idi. Çox balaca bir uşaq isə mənə “Biz evimizə nə vaxt gedəcəyik?” sualını verdi. Mən isə ona “Biz sizin evinizə baxacağıq, görək dağılıb, ya necə?!” O isə məndən “Nə üçün sağlam deyil?”, - deyə soruşdu. Çox yerində verilmiş bir sual idi. Əslində cavab axtardığı sual elə bu hadisənin cavabının tapılması lazım olan sualdır. Təkcə uşaqlar deyil, analar, atalar da bizə suallar verirdilər”.

Jurnalistin “oradakı evlər niyə zəlzələyə dayanıqlı deyildi?” sualına isə İmamoğlu belə cavab verib: “Hamımız yaxşı bilirik ki, zəlzələ təbii hadisədir. Zəlzələ var, bu, bir qismətdir. Təkcə Türkiyədə deyil, bütün dünyada baş verir və verəcək də. Amma qismətdən asılı olmayan bir şey var. Binaların dağılması, insanların ölməsi…Bu, tale deyil. Buna qarşı insanlar tərəfindən tədbirin alınması dəqiqdir. Bu dağıntıların səbəbi bizlərik, yəni icra edənlər, texniki işçilər. Bu binaların on minlərlə insanın ölümünə səbəb olması bunu öyrətdi bizə. Təəssüf ki, biz özümüzə ev, iş yeri tikmədik, tabut hazırladıq”.

Qeyd edək ki, Ə.İmamoğlu iki gün öncə verdiyi açıqlamada İstanbulda dağılmaq üzrə olan 90 min binanın olduğunu bildirib: “İstanbulun riskli bina inventarları var, təcili tədbir görülməlidir. Təəssüf ki, İstanbul 21 ildə layiq olduğu səviyyəyə yüksələ bilməyib. Bu sürətlə davam edərsə, İstanbulu tamamilə yeniləmək və ya gücləndirmək üçün 100 il lazımdır. 100 ildən sonra İstanbulun onsuz da yenidən qurulması lazım olan çoxlu nöqtələri olacaq. Apardığımız araşdırmalar nəticəsində 90 mindən çox yüksək dağıntılı və sökülmək üzrə olan binaların olduğu barədə hesablamaları ictimaiyyətlə bölüşmüşük. Amma bunu deyim ki, 90 min binanın gücləndirilməsi və ya yenilənməsi lazım olan İstanbul üçün səfərbərlik lazımdır”.




Paylaş:


Müəllif : Tarix:
15-02-2023, 13:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər