40 azərbaycanlı Almaniyadan deportasiya edildi - İçərisində siyasilər də var
Bu gün 40 nəfər Azərbaycan vətəndaşı Almaniyadan deportasiya ediləcək.
Onlar Düsseldorf hava limanından Bakıya yola salınacaq.
Həmin şəxslər bir neçə gün əvvəl Almaniyada saxlanılaraq, Azərbaycana göndərilməsi üçün lazım olan prosedurlardan keçiriliblər.
Məlumata görə, deport olunan həmin şəxslərin sığınacaq almaq üçün Almaniyaya hökumətinə təqdim etdikləri sənədlər saxta çıxıb, digərlərinə isə sığınacaq verilməsi üçün əsaslı səbəb tapılmayıb.
Onlar arasından siyasi fəal şəxslərin olduğu da bildirilir.
Buna görə də onların sığınacaqla bağlı müraciətinə rədd cavabı verilib. Azərbaycan və Avropa İttifaqı arasında icazəsiz yaşayan vətəndaşların readmissiyası haqqında saziş çərçivəsində həmin şəxslərin deportasiya olunması barədə qərar qəbul edilib.
Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında readmissiya haqqında saziş 2014-cü ildən qüvvədədir. 2022-ci il başlayandan artıq bir neçə dəfə Azərbaycan vətəndaşları Almaniyadan kütləvi şəkildə deportasiya olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-02-2023, 13:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər