Saakaşvilinin həbsdən yeni görüntüləri yayıldı – Video
“Bəzi KİV-lər Gürcüstanın həbsda olan eks-prezidenti Mixeil Saakaşvilinin Vivamedi klinikasının kamerasından görüntülərini dərc etməklə onun müstəqil hərəkət və elementar fiziki hərəkətlər edə bilmədiyini iddia edərək ictimaiyyəti çaşdırmağa çalışırlar”.
Bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin yaydığı məlumatda bildirilib.
“Yalan məlumat kampaniyasının məqsədi budur ki, dövlət guya Saakaşvilinin düzgün olmayan reaksiyasını nümayiş etdirməklə ictimai iğtişaşlara səbəb olur və ölkənin müsbət imicinə xələl gətirir”, - məlumatda qeyd edilib.
Vurğulanıb ki, Bəzi KİV-in ictimaiyyəti çaşdırmağa və Saakaşvilinin sağlamlığının vəziyyəti haqqında yanlış təsəvvürlər yaratmağa çalışması faktını təsdiqləmək üçün penitensiar xidmət onun palatasından bir neçə video kadr yayıb.
2022-ci ilin dekabr və 2023-cü il fevral ayında lentə alınmış kadrlarda Saakaşvilinin təkbaşına və ya alətlərin köməyi ilə palatanın ətrafında hərəkət etməsi, həkimlə danışması, bir otaqdan digərinə əşya atması əks olunub.
“Biz bir daha hamını natamam, yanlış və aldadıcı məlumatlarla spekulyasiya etməməyə çağırırıq”, - məlumatda deyilib.
Qeyd edək ki, CNN, daha sonra isə Gürcüstan mediası Saakaşvilinin ayaq üstə dura bilmədiyini əks etdirən kadrlar dərc edib. Həmin görüntülər ictimaiyyət arasında Saakaşvilinin vəziyyətinə dair narahatlıq və etiraza səbəb olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-02-2023, 17:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər