reklam
Regionxeberlericom.az » Cəmiyyət » Hər gün dağıntılar altına girib inəyini bəsləyir - Video

reklam

Hər gün dağıntılar altına girib inəyini bəsləyir - Video
















Türkiyənin zəlzələdən zərər görən Adıyaman şəhərində dağıntılar altında qalan inəyini bəsləyən qadın gündəm olub.

Zəlzələ nəticəsində Dardağan kəndində yaşayan Birgül Tuncay və Aziz Tuncayın evi tamamilə uçub. 

Cütlük zəlzələdən yüngül yaralarla xilas olsa da, tövlədə olan heyvanları dağıntılar altında qalıb. Heyvanlardan çoxu tələf olsa da 2 inək sağ qalıb. Onlardan isə 1-i dağıntılar altından çıxarılsa da, digəri ilişmiş vəziyyətdə orada qalıb. 

Birgül Tuncay zəlzələnin ilk günündən inəyini xilas etməyə çalışsa da, buna nail ola bilməyib. Qadın hər gün sürünərək dağıntılar altına girir və inəyinə orada su və qida verir. O, inəyinin tez bir zamanda xilas edilməsini istəyir.

Qadının sözlərinə görə, hər gün ölümü gözə alaraq inəyini bəsləyir: “Evimiz, heç nəyimiz yoxdur. Heyvanlarımı çox sevirəm. Övladların yoxdur, onları övladlarım kimi sevirəm”.




Paylaş:


Müəllif : Tarix:
16-02-2023, 18:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər