reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakıda ev almaq istəyənlər nəyi gözləyir? - “Məlumat var ki, bütün binalarda ...”

reklam

Bakıda ev almaq istəyənlər nəyi gözləyir? - “Məlumat var ki, bütün binalarda ...”


Azərbaycan Mərkəzi Bankının “2022-ci ilin Yanvar – Dekabr ayları üzrə Pul siyasəti icmalı”nda daşınmaz əmlak qiymətləri barədə məlumatlar da yer alıb.

İcmalda qeyd edilib ki, 2022-ci ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki ilin müvafiq dövünə nəzərən 8% artıb. Qiymət indeksi ilkin mənzil bazarında 7.2%, təkrar mənzil bazarında isə 8% yüksəlib.

Məlumata görə, əmlak eksperti Elnur Fərzəliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Türkiyədə baş verən zəlzələ nəinki Türkiyə və Azərbaycanda, hətta bütün ətraf ölkələrin daşınmaz əmlak bazarına öz təsirini göstərəcək:

"Zəlzələnin olması ilə əmlak bazarında durğunluq müşahidə olunur, lakin qiymətlərdə hələ artım görməyəcəyik. Belə bir məlumat da var ki, bütün binalarda zəlzələyə davamlılığı ilə bağlı ekspertiza rəyi aparılacaq.

İnsanlarda əminlik yarandıqdan sonra əmlak bazarında canlanma yarana bilər. Amma qiymətlərin artmasının səbəbi zəlzələ yox, tikintinin maya dəyərinin artmasıdır. Çoxmənzilli yaşayış binalarını tikəndə qiymətlər əvvəllər daha ucuz idi. Çünki təkcə paytaxt Bakıda tikintiyə yararlı torpaq sahələri çox, qiymət də münasib idi. Torpaqlar tükəndikcə, artıq qiymət kəskin artmağa başladı. Bu da özlüyündə tikintinin maya dəyərinə öz təsirini göstərir”.

O bildirib ki, süni artım daha çox köhnə tikililərdə müşahidə olunur:

“Kirayə mənzil bazarında da qiymət dəyişməyəcək. Bakıya bölgələrdən gələn onminlərlə tələbə, gənc ailə, işləyənlər var. Ona görə də bunun kirayə bazarına da təsiri olmayacaq".




Paylaş:


Müəllif : Tarix:
17-02-2023, 15:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər