reklam
Regionxeberlericom.az » Cəmiyyət » Deputat qardaşını müdafiə etdi: “Əsəbi rəylərə ehtiyac yoxdur”

reklam

Deputat qardaşını müdafiə etdi: “Əsəbi rəylərə ehtiyac yoxdur”

















“Şahbaz Xuduoğlunun ədəbi dil haqqında yazısını da, ona olan rəyləri də anlayışla qarşılamaq lazımdır. Hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir. Bir təklif irəli sürməklə dil dəyişilməz, ona görə də bu qədər əsəbi rəylərə ehtiyac yoxdur”.

Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisinin deputatı Sabir Rüstəmxanlı feysbuk profilində yazıb.

Deputat bildirib ki, Ş.Xuduoğlu ədəbi dilimizin taleyinə acıdığı və yandığı üçün belə yazıb:

“Məncə, ana dilimizin hörmətli müdafiəçiləri Şahbazın yazısındakı, daha doğrusu, yazının alt qatındakı bir kinayəyə, ağrıya fikir verməyiblər. Şahbaz deyir ki, evində, küçə-bazarda ana dilində danışmırsansa, uşağını ana dilində məktəbə qoymursansa, ana dilində buraxılmış kitabları almırsan və oxumursansa, 32 ildir müstəqilik, hələ də rus dilinin gizli və açıq təbliğatını aparırsansa, ana dilinin qorunması və inkişafı haqqında düşünüb real iş görmürsənsə, ana dilində buraxılan kitablar satılmırsa, bəlkə, dünyada daha geniş yayılan və bizim də rahatca anladığımız və istifadə etdiyimiz Türkiyə türkcəsində oxuyub yazaq. Bu, bir həyəcan siqnalıdır. Yatanları oyatmaqdır. Güzgünü qınamaqdansa, özümüzə baxaq. Şahbaza hücum çəkməkdənsə, dilimizin qayğısına qalaq, onu qoruyaq, başqa dillərə heyranlıqdan əl çəkək, ləyaqətimizi uca tutaq. Şahbazın ana dilimizə xidmətinin onda biri qədər xidməti olmayanların onu ittiham etməsi gülüncdür”.

Qeyd edək ki, “Qanun” Nəşriyyatının direktrou Şahbaz Xuduoğlu bir neçə gün öncə feysbuk profilində etdiyi paylaşımda Azərbaycan dilinin Türkiyə türkcəsi ilə dəyişdirilməsini təklif edib: “Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik”.

Qeyd edək ki, S.Rüstəmxanlı Ş.Xuduoğlunun qardaşıdır.




Paylaş:


Müəllif : Tarix:
17-02-2023, 16:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər