reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rza Pəhləvidən səfirliyimizə terror hücumuna - Reaksiya

reklam

Rza Pəhləvidən səfirliyimizə terror hücumuna - Reaksiya
















“İran rejimi beynəlxalq qanunlara əhəmiyyət vermir. Bu hücumun başqa adı yoxdur”.

Bunu İranın hakimiyyətdən devrilmiş sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi REAL TV-yə yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən terrorla bağlı sualı cavablandırarkən deyib.

O, həmçinin İrandakı siyasi vəziyyətdən danışıb: “Bu əslində inqilabdır. Dünyada azadlığı sevən bütün insanlar tərəfindən bu proses dəstəklənir. Azərbaycan səfirliyinə hücuma gəldikdə isə, İran rejimi bütün beynəlxalq qanunlardan üz çevirib, onlara əhəmiyyət vermir. Bu hücumun başqa adı yoxdur.

İranda baş verən proseslər bu ölkəni azad ölkəyə çevirə bilər. İran ərazisində yaşayan hər bir vətəndaş Cənubi Azərbaycan əhalisinin hüquqlarına hörmətlə yanaşmalıdır”.

Qeyd edək ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Tehrandakı səfirliyimizə terror hücumu olub. Hücum edən şəxs - İran vətəndaşı Yasin Hüseynzadə avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıblar. Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti tam dayandırılıb.





Paylaş:


Müəllif : Tarix:
18-02-2023, 11:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər