Türkiyəli deputatın zəlzələdə 11 qohumu ölüb
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Hatayı təmsil edən deputatı Hüseyn Yaymanın zəlzələ nəticəsində 11 qohumu həlak olub.
Bu barədə məlumatı deputatın özü açıqlayıb.
Onun sözlərinə görə, ailədə 9 uşaq olublar: “Onlardan 2-si - bir bacım və qardaşım həlak olub. Ümumilikdə zəlzələdə 11 qohumumu itirdim”.
Deputat ailəsinin Çamsarı kəndindəki evlərinin qarşısında çadır qurduğunu və orada qaldığını bildirib: “Mən burada maşında yatıram. Ailəm “kəndə gəl” deyir, lakin mən o xatirələrin olduğu evə baxa bilmirəm”.
H.Yayman bütün gününü isə zəlzələdən zərərgörən şəxslərə yardım çatdırılması işlərində iştirak etməyə həsr etdiyini açıqlayıb.
Xatırladaq ki, Türkiyədə fevralın 6-sı baş verən zəlzələ nəticəsində Hüseyn Yaymanın da ailə üzvlərinin dağıntılar altında qalması barədə məlumat yayılmışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-02-2023, 10:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər