Auditorlar Palatasının sədri də BUNU ETDİ - BU DA FAKT!!!
Mövzumuz davam edir. Məqalələrin hazırlanmasında “copy-paste”, köçürməçilik, şablonçuluq və digər xoşəgəlməz hallar davam etdikcə, bu mövzu bizim üçün də aktual olaraq qalacaq. Məsələ burasındadır ki, bunu edənlər hömətli akademiklərdir, tanınmış alimlər, qələm adamlarıdır. Xüsusilə bu, tarixi şəxsiyyətlər haqqında elmi-kütləvi məqalələr hazırlanarkən, araşdırmalar aparılarkən bağışlanmaz qüsur kimi xarakterizə edilməlidir. Nəzərə alsaq ki, 2023-cü il Heydər Əliyev ilidir, bu mövzuda yazılan istənilən janrda əsərlər, məqalələr daha mükəmməl şəkildə, cəlbedici formatlarda, gözoxşayan tərtibatlarda, olduqca maraqlı tədbirlərdə öz əksini tapmalıdır. Heydər Əliyev Azərbaycan dövlətçiliyi tarixində öz izini buraxmış şəxsiyyətdir. İstər sövetlər dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etmiş, əvəzedilməz liderlik xüsusiyyətinə malik olmuş şəxsiyyət haqqında məqalə hazırlayarkən diqqətli olmaq, prosesə məsuliyyətli yanaşmaq, təqdim ediləcək mövzunu yaradıcılıq baxımından oxunaqlı etmək bu mövzuya müraciət edən hər kəsin borcudur.
Amma, deyəsən, “dəyiman öz işində, çax-çax baş ağrıdır”. Bütün tənqidlərə baxmayaraq, ölkənin tanınmış şəxsləri bu zərərli vərdişdən əl çəkmək istəmir. Onsuz da heç kim heç kimin kitabını oxumur, korrupsiya və rüşvətxorluqla bağlı işıq üzü görən, ictimailəşən faktlar lazımı yerlərdə qeydə alınır, amma operativ həllini tapmır, ya da biz görmürük. Ümumiyyətlə, medianın nüfuzu onun təqdim etdiyi mövzuların, faktların dövlət qurumları tərəfindən ciddi qəbul edilməsi ilə müəyyən edilir. Əgər bir media orqanı problemi düzgün qoyursa, məsələyə dərhal reaksiya verilməli, əgər xəbər dezinformasiya, şər-böhtan, yalan üzərində təqdim edilirsə, ona uyğun olaraq da təsirli tədbirlər görülməlidir. Adətən neçə illik təcrübə göstərir ki, dövlət qurumları ikinci məsələyə daha çevik reaksiya verirlər. Amma çox nadir hallarda şahidi oluruq ki, ortaya çıxarılan faktlar dəqiq və səhih olsa da, ya heç bir tədbir görülmür, ya da gözəgörünməz əl tərəfindən problemin həllinə “stop” qoyulur və yaxud faktlar dosyeləşdirilir. Uzun müddət haqqında yazılan qurum və ya şəxs haqqında heç bir ölçü götürülmür. Bu isə ümumən cəmiyyətdə, ictimai rəydə inamsızlıq yaradır, çatışmazlıqların, nöqsanların daha da artmasına səbəb olur. Elə copy-paste ilə bağlı KONKRET.az-ın Araşdırma Qrupunun böyük rezonansa səbəb olan faktlarına heç bir rəsmi reaksiya verilməməsi də bunu deməyə əsas verir. Doğrudur, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun olan-qalan nüfuzu yerlə bir edildi. Artıq ona qarşı ictimai rəy böyük neqativliyi ilə seçilir. Bütün bunlara baxmayaraq, yoldaş Sadıqov hələ də öz ampluasındadır.
Elə götürək “Azərbaycan” qəzetinin 17 fevral 2023-cü buraxılışındakı Auditorlar Palatasının sədri, YAP Veteranlar Şurasının üzvü, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun “Heydər Əliyev və Azərbaycan iqtisadiyyat” adlı yazısını. (https://www.azerbaijan-news.az/az/posts/detail/heyder-eliyev-ve-azerbaycan-iqtisadiyyati-1676579720)
Vahid Novruzov elə bir addır ki, onu ancaq Qubanın ucqar dağ kəndi olan Rəngidarda tanımaya bilərlər. Belə bir vəzifəli şəxsin ümummilli lider Heydər Əliyev haqqında materialını saf-çürük edərkən yenə də əlimiz üzümüzdə qaldı. Artıq çox dərinə gedəsi olmadıq. Belə ki, müəllifin təqdim etdiyi yazının bir hissəsində tapdığımız cümlə əksər məqalələrin içini “bəzəyirmiş”: “Ulu Öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikamızda inşasına nail olmuşdur. Böyük strateqin həmin illərdə Bakı Məişət Kondisionerləri və Dərin Özüllər zavodlarının tikintisi ilə bağlı nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq bunu bir daha təsdiqləyir”.
Həmin cümlə sözügedən qəzetin 2016-cı il buraxılışında Bakı Dövlət Universitetinin o vaxtkı rektoru Abel Məhərrəmovun “Modernləşmə və dinamik inkişaf kursu inamla davam etdirilir” yazısında da necə varsa, elə də gedib. https://news.milli.az/society/498135.html
Məsələ burasındadır ki, hörmətli akademik 2013-cü ilin mayın 10-da eyni məqaləni orasını-burasını düzəltməklə “Milli intibahı təmin edən modern idarəetmə strategiyasının banisi” adı ilə dərc etdirib. (https://www.azerbaijan-news.az/posts/detail/milli-intibahi-temin-eden-modern-idareetme-strategiyasinin-banisi-23581)
“Qarabağ- E.R” MMC-nin baş direktoru, əməkdar mühəndis, Yeni Azərbaycan Partiyasının üzvü Vəli Albəndov isə 2020-ci ilin mayın 6-da həmin cümlələri yenidən dövriyyəyə gətirib.
Professor Vahid Novruzov özünə əziyyət verməyərək “Biz fəxrlə və böyük qürur hissi ilə deyirik ki, memarı Heydər Əliyevin olduğu milli dövlətçilik bizim ən böyük milli sərvətimizdir. Xalqımızın əbədi lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev təkcə XX əsrin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin yetirdiyi ən böyük dahi şəxsiyyətdir” cümlələrini də copy-paste etməklə sanki canını cümlə qurmaq kimi əziyyətli işdən qurtarır. İnsafən deyək ki, başqa bir yazıda ikinci cümlə “Ümummilli lider təkcə XX əsrin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin yetirdiyi ən böyük, dahi şəxsiyyətdir” kimi verilib. Göründüyü kimi, cümlələrə kosmetik dəyişikliklər edilsə də, mövzu dərindən işlənilmir, başdansovduluq xəstəliyi milli ildeogiyamıza kökündən balta vurur. Artıq illərdir ki, formalaşmış bu zərərli tendensiyaya dur deyən yoxdur. Biz çox dərinə getmədən təqdim etdiyimiz bu köçürmələr tariximizə, gələcəyimizə olan laqeydlikdən irəli gəlir.
Çox başınızı ağrıtmadan, qərəz kimi yozulsa da, Vahid Novruzova bir sual vermək yerinə düşər:
Hörmətli professor, oğlunuz Vüqar Novruzov Naftalan Rayon İcra Hakimiyyətinin başçısıdır. Özünüz də artıq bir qərinəyə yaxındır ki, mühüm dövlət postunu tutursunuz. El sözü olmasın, bu gün bütün nəsliniz Heydər Əliyevin çörəyini yeyir. Əlbəttə, deyə bilərsiniz ki, ruzini verən Allahdır. Şübhəsiz, bu, elədir, amma illərdir müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev haqqında fundamental məqaləni heç olmasa “Heydər Əliyev” ilində yaza bilərdiniz. Məncə, görünən odur ki, buna mane olan səbəb sizin həmin mövzuya barmaqarası baxmağınızdır.
Sözümüzün canı odur ki, mövzunu qaşıdıqca, daha çox eybəcərliklər üzə çıxır. Bizə elə gəlir ki, köçürməçilik xəstəliyinə əncam çəkilməsə, bu, yaxın gələcək üçün dövlətimizin ideoloji təhlükəsizliyinə daha genişmiqyaslı ciddi zərbə vuracaq.
Fadil Paşayev,
KONKRET.az
Paylaş:
Müəllif : Fuad
Tarix:20-02-2023, 12:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər