reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Azərbaycanda qazın qiyməti bahalaşa bilər"

reklam

"Azərbaycanda qazın qiyməti bahalaşa bilər"













“Azərbaycan höküməti daxili bazarda qaz qiymətlərini ucuzlaşdırmaq barəsində düşünməlidir. Amma əksi də ola bilər, Avropaya qazı siyasi məqsədlər üçün satan Azərbaycan hakimiyyəti ordan itkiləri kompensasiya etmək üçün daxili bazarda qazın qiymətini bahalaşdıra bilər”.

Bu sözləri iqtisadçı Qubad İbadoğlu özünün sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Azərbaycanın qaz gəlirləri kəskin azalıb və bu Avropada qazın qiymətinin minimuma enməsi ilə bağlıdır:

“2023-cü ilin yanvar ayında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət nefti satışından 625,1 milyon dollar məbləğində gəlir əldə edib ki, bu da ötən ilin eyni dövründə həmin mənbədən əldə edilən gəlirlə (683,1 milyon dollar) müqayisədə 58 milyon dollar və ya 8,5 faiz azdır. Təəssüf ki, öncə ildən-ilə, sonra isə aydan-aya ictimai informasiyaların açıqlanmasını məhdudlaşdıran ARDNF Şahdəniz yatağından (qaz və kondensat) 2023-cü ilin yanvar ayında əldə edilən gəlirlər barədə məlumatı dərc etməyib. Lakin, əldə etdiyimiz məlumata görə, yanvar ayında ixrac edilən təbii qazın həcmi ötən ilin eyni ayı ilə müqayisədə 84,1 faiz, dəyəri isə 663 milyon dollar az olub. Belə ki, DGK-nın açıqlamasına görə, bu ilin yanvar ayında Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 140 milyon ABŞ dolları təşkil edib. DSK-nın açıqlamasına görə, 2023-cü ilin yanvar ayında  mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,9 faiz, əmtəəlik qaz hasilatı isə 1,3 faiz azalıb.

Qaz gəlirlərinin kəskin azalmasının səbəbi 2021-ci ilin avqust ayının sonundan bəri Avropada qazın qiymətinin minimuma enməsidir.

Belə davam edərsə, Azərbaycan qazı daxildə xaricdən baha satılacaq. Odur ki, Azərbaycan höküməti daxili bazarda qaz qiymətlərini ucuzlaşdırmaq barəsində düşünməlidir. Amma əksi də ola bilər, Avropaya qazı siyasi məqsədlər üçün satan Azərbaycan hakimiyyəti ordan itkiləri kompensasiya etmək üçün daxili bazarda qazın qiymətini bahalaşdıra bilər”.




Paylaş:


Müəllif : Tarix:
20-02-2023, 14:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər