Yayılan səs yazısına görə direktor cəzalandırıldı - Rəsmi
Paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair yayılan səs yazıları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb.
Bu barədə BŞTİ-nin yaydığı məlumatda deyilir.
Bildirilib ki, araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib:
"Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib.
Müəllimlərlə bağlı da qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək.
İdarədən vurğulanıb ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".
Qeyd edək ki, daha əvvəl 49 nömrəli “İntellekt” məktəb-liseyində müəllimin valideynlərdən pul tələb etməsi ilə bağlı səsyazısı yayılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-02-2023, 14:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər