"Ekspedisiyada iştirak etməyənlərin hesabına pullar köçürülüb"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları - tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İclasda təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldıraraq işin ibtidai istintaqa qaytarılmasını istəyiblər.
Müdafiə tərəfi təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların ehtimallar üzərində qurulduğunu iddia edib. Qeyd olunub ki, Səbuhi Hüseynov və Gülüstan İsayeva işlədikləri dövrdə institutda çoxsaylı qanunsuzluqlar olması, ekspertiza məqsədilə ayrılan vəsaitlərin aidiyyatı üzrə istifadə olunmaması barədə şikayət ediblər.
Şikayətdə qeyd olunub ki, 2016-2021-ci illərdə ekspedisiya aparılması üçün dövlət büdcəsindən 2 milyondan çox, büdcədən kənar isə 800 min manat vəsait ayrılıb.
Lakin ekspedisiyada iştirak etməyən institutun arxeoloqu Qoşqar Qoşqarlının və digərlərinin hesabına pul köçürülüb. Şikayətdə qeyd olunan digər məsələ isə İnstitut direktoru Maisə Rəhimovanın Akademiya prezidentinin adı ilə işçilərin əmək haqlarının 20 faizini istəməsi olub.
Təqsirləndirilən şəxslərin şikayəti əsasında komissiya yaradılıb, yoxlama keçirilib. Araşdırma nəticəsində İnstitutda çoxsaylı qanun pozuntuları aşkar olunub.
Müdafiə tərəfi iddia edir ki, şikayətlərdən hiddətlənən İnstitut rəhbəri Maisə Rəhimova Səbuhi Hüseynovla Gülüstan İsayevanın tədqiqat məqsədilə ayrılmış vəsaitləri mənimsəməsindən şübhələndiyi barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verib.
İclasa ayrılmış vaxt başa çatdığı üçün vəsatətin müzakirəsi martın 1-nə qədər təxirə salınıb.
Qeyd edək ki, Səbubi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub.
Onlar işğaldan azad olunmuş ərazilərdə tədqiqat aparılması məqsədilə ayrılmış vəsaitlərin 92 min manatını mənimsəməkdə ittiham olunurlar.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Onların hər ikisi barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-02-2023, 15:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər