reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Bu, MEDİA deyil... rəsmən KOMEDİYADIR" - ETİRAZ

reklam

"Bu, MEDİA deyil... rəsmən KOMEDİYADIR" - ETİRAZ
















“Bir müddət əvvəl Media Reyestrində jurnalist kimi qeydiyyata düşmək üçün müraciət etmişdim. 9 gün sonra cavab gəldi ki, ali təhsil və əmək fəaliyyəti haqqında məlumatlarınız sistem üzərindən tam inteqrasiya olunmadığından diplomunuzun və əmək kitabçanızın notarial qaydada təsdiqlənmiş surətlərini Agentliyə təqdim etməlisiniz”.












Nigar Sabirqızı

Gündəminfo.az xəbər verir ki, bu sözləri İctimai TV-də departament rəhbərinin müavini, aparıcı Nigar Sabirqızı öz "feysbuk" hesabında paylaşıb.

“Daha sonra da zəng etdilər ki, siz İctimai TV-də departament rəhbərinin müavini olduğunuzdan jurnalist kimi qeydiyyata düşə bilməzsiniz. Birincisi, əgər mənim diplom və əmək kitabçam sistemə inteqrasiya olunmayıbsa, bu mənim günahımdır? Zəhmət çəkin, özünüz salın və ya müvafiq yerlərə müraciət edin! İkincisi, bəli, mən İctimai TV-də departament rəhbərinin müaviniyəm. Amma həm də aparıcıyam. Bütün ölkə məni aparıcı kimi tanıyır, MEDİA isə yox. Deməli, mən 15 ildir boş yerə aparıcılıq etmişəm. Üçüncüsü, müraciət etdiyim gün mediaya bank hesabımdan 20 manat ödəmişəm. Müraciətimə rədd cavabı gəlsə də, 20 manatımı qaytarmayıblar. Bunun üçün əlavə bank hesabı açmalıyammış. Və bu durumla üzləşən yalnız mən deyiləm. Bir sözlə, MEDİA deyil, komediyadır. Bürokratiya ilə mübarizə aparmalı olan MEDİA-nın özü bürokratiya yaradır. Siz MEDİA-dan nə gözləyirsiz?”, - deyə aparıcı bildirib.

Xatırladaq ki, bir müddət əvvəl tanınmış aparıcı Aytən Səfərova isə Media Reyestrində jurnalist kimi qeydiyyata düşərkən stajının səhv hesablanması ilə bağlı videomüraciət yaymışdı. Agentlik məsələ ilə bağlı rəsmi açıqlama vermişdi. //GUNDEMİNFO.AZ//




Paylaş:


Müəllif : Tarix:
23-02-2023, 09:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər