reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Ukrayna Silahlı Qüvvələri faktiki olaraq NATO ordusuna çevrilib”

reklam

“Ukrayna Silahlı Qüvvələri faktiki olaraq NATO ordusuna çevrilib”















“Şimali Atlantika Alyansının standartlarının həyata keçirilməsi və onun texnikasının istifadəsi sayəsində Ukrayna Silahlı Qüvvələri faktiki olaraq NATO ordusuna çevrilib”. 

Bu sözləri Ukraynanın Baş naziri Denis Şmıqal deyib.

Şmıqal əmindir ki, Ukrayna Silahlı Qüvvələri müharibə aparmaqda kifayət qədər təcrübə toplayıb və Kiyev bunu alyansın üzvü olan ölkələrlə bölüşə bilər. 

“Bütün bunlar mənə əminlik yaradır ki, Ukrayna yaxın gələcəkdə NATO-nun çox güclü və eyni zamanda zəruri üzvünə çevriləcək. NATO üzvləri Vilnüs sammitində çox mühüm qərarlar qəbul edəcəklər. Ümid edirik ki, onlar bizim istədiyimiz kimi olacaq”, - deyə Baş nazir izah edib. 

Bundan əlavə, Şmıqal qeyd edib ki, Kiyev Avropa Komissiyasının 7 tövsiyəsinin icrasını başa çatdıraraq lazımi islahatlar aparır. Onun qiymətləndirməsinə görə, bu yaz AK Ukraynanın atdığı bütün addımları müzakirə edəcək ki, iki ildən sonra Kiyev Aİ-yə üzv olmaq üçün hüquqi imkan əldə etsin. 




Paylaş:


Müəllif : Tarix:
24-02-2023, 18:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər