reklam
Regionxeberlericom.az » Cəmiyyət » Səudiyyə Ərəbistanı Ukraynaya 410 milyon dollar yardım ayırıb

reklam

Səudiyyə Ərəbistanı Ukraynaya 410 milyon dollar yardım ayırıb

















Səudiyyə Ərəbistanı Kiyevə 410 milyon dollar məbləğində humanitar yardım ayırmaq qərarına gəlib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Farhan Al Saud bazar günü Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

"Krallıq ukraynalıların əzablarını yüngülləşdirmək üçün hər cür səy göstərir", - Səudiyyə naziri bildirib. 

“Biz bütün diqqətimizi Ukraynadakı humanitar böhranın nəticələrinin aradan qaldırılmasına yönəltmişik, buna görə də kral və vəliəhd bu ölkəyə 410 milyon dollar dəyərində humanitar yardım göndərmək qərarına gəliblər”, - o deyib.

Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Səudiyyə Ərəbistanı Ukraynadakı böhranın sülh yolu ilə həlli üçün imkanlar axtarmağa davam edir: "Krallıq gərginliyi azaltmağa, eləcə də sülhə nail olmağa kömək edəcək istənilən təşəbbüsləri dəstəkləməkdə maraqlıdır. Biz bu böhranın həlli yollarını tapmaq üçün bütün tərəfləri ilə işləməyə davam edəcəyik".

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak isə öz Telegram kanalında bildirib ki, bu vəsaitin 100 milyon dolları humanitar yardıma, 300 milyon dolları isə neft məhsullarının alınmasına ayrılacaq.

 




Paylaş:


Müəllif : Tarix:
26-02-2023, 22:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər