reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bəxtiyar Hacıyev aclığı dayandırdı

reklam

Bəxtiyar Hacıyev aclığı dayandırdı

















“Bəxtiyar Hacıyevlə görüşdüm. Rəsmi və faktiki olaraq öz təşəbbüsü ilə, ictimaiyyətin fikrini nəzərə alaraq aclıq aksiyasını dayandırdı”.

Bu sözləri ictimai fəalın vəkili Aqil Layıc yazıb.

“Müəssisə rəisi ilə görüşdük. Rəis ona reabilitasiya üçün lazımi şəraitin yaradılacağını, həkim təhkim edəcəyini dedi. Birazdan Bəxtiyar ilkin mərhələdə qida qəbul edəcək. Ona dəstək olan hər kəsə təşəkkür etdi. Hüquqi mübarizə ədalətə nail olana qədər davam edəcəyik”, - deyə A. Layıc bildirib.

Qeyd edək ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib.

İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və bu günədək aclığa davam edib.

Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini 1 ay, fevralın 23-də isə daha iki ay uzadıb.




Paylaş:


Müəllif : Tarix:
28-02-2023, 17:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər