İnsan beyninin hüceyrələri ilə biokompüter hazırlanacaq
ABŞ alimləri insan beyin hüceyrələri ilə biokompüter hazırlamağı təklif ediblər.
Bu barədə “Frontiers in Science” elmi jurnalı məlumat yayıb.
ABŞ-ın Cons Hopkins Universitetinin alimləri əsas orqanoidlər - süni şəkildə yetişdirilmiş insan beyin hüceyrələri ilə bioloji kompüter hazırlamağı təklif ediblər. Layihənin müəllifləri bildirirlər ki, insan beyni müasir silikon əsaslı kompüterlərdən daha çox öyrənmə qabiliyyətinə malik olduğundan belə qurğu mürəkkəb hesablama problemlərini həll edə biləcək.
Qeyd edək ki, organoidlər ilk dəfə 2013-cü ildə mikrosefaliya tədqiqatı üçün laboratoriyada hazırlanıb. Onlar həmçinin Alzheimer və Parkinson xəstəliklərini öyrənmək üçün istifadə olunur. Onlar beynin strukturunu və funksiyasını təqlid edən, lakin həqiqi orqandan daha primitiv olan kök hüceyrə qruplarıdır.
Alimlərin fikrincə, belə hüceyrələr çox enerji sərf etmədən sürətli öyrənmə tələb edən hesablama işləri üçün uyğundur. Orqanoidlər məlumatı öz aralarında yığcam sinir əlaqələrində saxlaya bilirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-03-2023, 08:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər