reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Mənim namizədliyim deyə bir şey yoxdur" - İmamoğlu

reklam

"Mənim namizədliyim deyə bir şey yoxdur" - İmamoğlu

















“Əkrəm İmamoğlunun namizədliyi deyə bir şey yoxdur”.

Bunu “Halk TV”nin efirində Türkiyənin İstanbul vilayətinin bələdiyyə sədri Əkrəm İmamoğlu prezident seçkilrində müxalifətin vahid namizədi ilə bağlı müzakirələr zamanı deyib.

“Mən bunu artıq hər yerdə demişəm. Cümhuriyyət Xalq Partiyasının hər üzvünün namizədi partiyanın sədrdir. Mənim namizədim də partiyamızın sədridi”, - deyə bələdiyyə sədri bildirib.

Xatırladaq ki, ötən gün – martın 2-də Türkiyədə “altılı masa”nın növbəti iclası keçirilib.

Səadət Partiyasının sədri Temel Karamollaoğlunun ev sahibliyində baş tutacaq iclasda CHP sədri Kamal Kılıçdaroğlu, İYİ Partiya sədri Meral Akşener, DEVA Partiyasının sədri Əli Babacan, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu və Demokrat Partiyasının sədri Gültekin Uysal iştirak edib.

Görüşdə tərəflərin ortaq namizəd çıxarmaq barədə razılığa gəldiyi, namizədin adının 6 martda açıqlanacağı bildirilib.

Bundan sonra ortaq namizədin kim olması ilə bağlı kulis məlumatları ortaya atılıb.

“Halk” TV öz mənbələrinə istinadla masada ortaq namizəd kimi CHP (Cümhuriyyət Xalq Partiyası) lideri Kamal Kılıçdaroğlunun adının təqdim edildiyini bildirib.




Paylaş:


Müəllif : Tarix:
3-03-2023, 15:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər