reklam
Regionxeberlericom.az » Cəmiyyət » Polis İmran Xanı həbs etmək üçün iqamətgahına gedib

reklam

Polis İmran Xanı həbs etmək üçün iqamətgahına gedib















Pakistan polisi ölkənin keçmiş baş naziri İmran Xanın vəzifədə olarkən xarici yüksək vəzifəli şəxslər tərəfindən verilən hədiyyələrin qanunsuz alqı-satqısı ilə bağlı işdə həbs etmək üçün onun iqamətgahına daxil olub.

Bu barədə rəsmi mənbələr yerli mediaya açıqlama veriblər.

Bildirilib ki, İslamabad polisi həbs orderi ilə Xanı nəzarətə almaq üçün ölkənin şimal-şərqindəki Lahor şəhərinə gəlib.

Qeyd edək ki, Pakistanın 75 illik siyasi tarixində etimadsızlıq səsverməsi ilə devrilmiş yeganə Baş naziri İmran Xana qarşı terrorizmdən tutmuş adam öldürməyə cəhd və çirkli pulların yuyulmasına qədər bir çox ittiham qaldırılıb.

Çərşənbə axşamı İslamabad məhkəməsi hədiyyələrin qeyri-qanuni alqı-satqısı ilə əlaqədar İmran Xan barəsində həbs qərarı çıxarıb.

O, ötən ilin aprelində parlamentin etimadsızlıq səsverməsindən sonra baş nazir postundan istefaya göndərilib.




Paylaş:


Müəllif : Tarix:
5-03-2023, 13:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər